RU

Bəşər Əsəddən sonra bu qədər suriyalı Türkiyəni tərk edib - Yerlikaya AÇIQLADI 

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 8 dekabr 2024-cü ildən sonra suriyalıların könüllü geridönüş prosesi sürətlənib.

Musavat.com-un xəbərinə görə, nazir qeyd edib:

"8 dekabr 2024 tarixindən bu günədək 474 min 18 suriyalı qardaşımız ölkələrinə geri qayıdıb. 2016-cı ildən bəri könüllü şəkildə vətənə dönənlərin ümumi sayı isə 1 milyon 213 min 620 nəfərə çatıb".

Yerlikaya əlavə edib ki, Türkiyə miqrasiya idarəçiliyini prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında tarixi təcrübəsinə, humanitar yanaşmasına və rasional baxışına əsaslanaraq həyata keçirir və bu sahədə dünyaya nümunə olacaq bir model ortaya qoyur:

"Suriyalı qardaşlarımızın könüllü geri dönüş prosesləri böyük həssaslıqla davam etdirilir".

Musavat.com

Избранный
78
1
musavat.com

2Источники