BAKI, TurkicWorld, Səməd Əyyubov
OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb.
TurkicWorld-un məlumatına görə, görüş onlayn formatda keçirilir.
İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.
Qeyd edək ki, görüşdə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt iştirak edir.