"Barselona"nın sabiq futbolçusu Munir Əl-Haddadi karyerasını İranda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu "İstiqlal"a keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Barselona"nın yetirməsi son olaraq İspaniyada "Leqanes"in uğurları üçün çalışıb.