RU

Netanyahu təxminən 100 min insanın Qəzza şəhərini tərk etdiyini bildirib

Bakı. Trend:

İsrail ordusunun planlaşdırdığı hərbi əməliyyat fonunda 100 minəyaxın mülki şəxs Qəzza şəhərini tərk edib.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri BinyaminNetanyahu bildirib.

"100 minə yaxın insan Qəzzanı tərk edib. HƏMAS onlarıngetməsinin qarşısını almaq üçün əlindən gələni edir, onları orada“canlı qalxanlar” kimi saxlayır", - deyə o bildirib.

Onun sözlərinə görə, "hücumları terrorçulara yönəltmək və mülkiəhaliyə çıxmaq imkanı vermək istəyirik".

Избранный
3
1
az.trend.az

2Источники