RU

Veloyarışda kütləvi toqquşma onlarla xəsarət alan var

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq federal əyalətinin Bad Dürrheim şəhəri yaxınlığında baş verən güclü toqquşma nəticəsində Riderman velosiped yarışının 70-ə yaxın iştirakçısı xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, söhbət "kütləvi eniş"dən gedir. Ən azı 20 nəfərin ağır xəsarət aldığı, daha 25 iştirakçının isə yüngül xəsarətlərlə xəstəxanalara aparıldığı qeyd edilir.

Qurbanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
3
avtosfer.az

4Источники