Türkiyə futbolunda maraqlı hadisələr baş verməyə davam edir.
Fanat.Az xəbər verir ki, Türkiyə 2-ci liqa təmsilçisi "Ankaragücü"nün məhəllə qəssabına 8 milyon TL borcu olduğu ortaya çıxıb.
Bu barədə məlumatı klubun prezidenti Ercüment Tekin açıqlayıb.
Bu xəbər sosial mediada böyük maraqla qarşılanıb.
Qeyd edək ki, klub 2-ci liqada hazırda 15-ci pillədə qərarlaşıb.