ain.az, Yeniavaz saytına istinadən bildirir.
Evdə internetdən istifadə etməyənlərin 42,7%-i belə hesab edir ki, internet onlara lazım deyil.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici şəhərlərdə 45,3%, kəndlərdə isə 42,3% təşkil edib. Ən yüksək rəqəm isə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda evində interneti olmayanların 75,9%-i belə hesab edir ki, onlara internet lazım deyil.
Evdə internetə çıxışı olmayanların 11,4%-i digər yerlərdə internetdən istifadə etdiyini bildirib. 10,1%-i internetə qoşulmaq üçün zəruri avadanlıqların baha olduğunu deyib. 13,8%-i isə istifadə haqqının baha olduöunu əsas gətiriblər. 7,8%-i hesab edir ki, internet zərərlidir və buna görə də evdə internetdən istifadə etmirlər. 2,8% yaçadığı ərazində internetə çıxışın olmaması səbəbindən internetə qoşula bilmədiyini bildirib. Evdə internetə çıxışı olmayanların cəmi 0,8% isə şəxsi məlumatlarının qorunmasına əmin olmadığı üçün internetdən istifadə etmədiyini deyib.
İnternetin zərərli olduğunu düşünənlərin əksəriyyəti Şəki-Zaqatala iqtisadi rayonunda yaşayanlar olub. Bu bölgədə evində interneti olmayanların 17,6%-i belə hesab edir ki, internet zərərlidir. Lənkəran-Astara iqtisadi rayonunda bü cür düşünənlərin göstəricisi 12,2% olub.Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.