Son 4 ildə ipotekaya yararlı evlərin qiyməti 40 faizədək artıb.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Elnur Fərzəliyev deyir ki, son illərdə ipoteka kreditləri ilə satılan mənzillərə təlabat artıb. Qiymətlərdə də artım müşahidə olunur.
Ekpert bildirir ki, mənzil bazarında bahalaşma var. Vətəndaşlar da bunu bildiklərindən ipotekaya üstünlük verirlər.
Elnur Fərzəliyev vurğulayıb ki, gələcəkdə də belə mənzillərə təlabatın artacağı və bunun da satış qiymətinə təsir edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.