Fransanın paytaxtı Parisdə polis məmurunun küçədə müsəlman bir gənc oğlanı sillələyib, sonra üzünə tüpürməsinin görüntüləri geniş etirazlara səbəb olub.
“Əyilməz Fransa” (LFI) partiyasının millət vəkili Aly Diouara ABŞ mərkəzli sosial media platforması X-də paylaşılan görüntülərdə hadisənin təfərrüatlarını paylaşıb.
Diouara Paris polis rəisi Laurent Nunez-i də etiketləyərək, "Bu səhnə keçən həftə sonu Saint-Denisdə baş verib. Burada polis məmurunun nadir görünən zorakılıqla gənc bir (ərəb) kişiyə yumruq atdığını, sonra isə tüpürdüyünü görürük. Bu, dözülməzdir" deyib.
Görüntülərdən görünür ki, polis əməkdaşı tərəfindən şillə və tüpürcəklərə məruz qalan müsəlman gənc polisə heç bir müqavimət göstərmir.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bu hadisə Fransada polis zorakılığı və müsəlmanlara qarşı zorakı münasibətlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
TAHİR