RU

PSJ-nin müdafiəçisi Qətər klubuna transfer olunub

Bakı. Trend:

“Paris Sen-Jermen”in 30 yaşlı mərkəz müdafiəçisi PrenselKimpembe Qətərdə karyerasını davam etdirəcək.

Trend xəbər verirki, ba barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonunadəkmüqavilə imzalayıb.

Kimpembe 2005-ci ildən PSJ akademiyasının yetirməsidir. O, əsaskomandada çıxdığı 241 rəsmi oyunda 3 qol vurub, 2 məhsuldar ötürməilə yadda qalıb. Fransa millisinin sabiq üzvü Paris klubunda uzunillər əsas müdafiəçilərdən biri olub.

Избранный
56
az.trend.az

1Источники