RU

ABŞ Avropanı Rusiyadan neft alan ölkələrə sanksiyalar tətbiq etməyə çağırdı…


ABŞ-ın maliyyə naziri Skott Bessent Avropanı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində ABŞ-a qoşulmağa çağırıb. Bessent bəyan edib ki, Moskva yalnız razılaşdırılmış iqtisadi təzyiqlə danışıqlar masasına əyləşə bilər.

O, vurğulayıb ki, Avropa, xüsusilə Rusiya neftini alan ölkələri hədəf alan ikinci dərəcəli sanksiyalarla bağlı Vaşinqtonun addımlarını təkrarlamalıdır. ABŞ daha əvvəl Hindistandan idxal edilən məhsullara əlavə tariflər tətbiq edərək ümumi tarifləri 50 faizə qaldırmışdı. Lakin Hindistan yüksək xərclərə baxmayaraq, enerji ehtiyacları üçün Rusiyadan neft almağa davam edəcəyini açıqlayıb.

TAHİR

Избранный
3
baki-xeber.com

1Источники