RU

İran sanksiyaların ləğvi qarşılığında nüvə yoxlamalarına razılıq verməyə hazırdır

BAKI, 7 sentyabr. TELEQRAF

İran Qərbin sanksiyalarının ləğvi müqabilində beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışını bərpa etməyə və uranın zənginləşdirilməsini məhdudlaşdırmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Britaniyanın "The Guardian" qəzetindəki məqaləsində nazir qeyd edib ki, İran sanksiyaların aradan qaldırılması müqabilində ciddi nəzarət və zənginləşdirmə məhdudiyyətlərini özündə əks etdirən real və uzunmüddətli sövdələşməyə hazırdır.

Əraqçi Avropa ölkələrini Vaşinqtonun xəttinə kor-koranə uymamağa çağırıb, əks halda köhnə qitənin beynəlxalq məsələlərdə rolu daha da kiçiləcək.

Nazirə görə, prezident Tramp AB ölkələrinə ikinci dərəcəli oyunçular kimi baxır: "Avropanın Rusiya-Ukrayna münaqişəsi də daxil olmaqla, vacib məsələlərdən kənarda qalması aydın görünür. Avropa diplomatik həll istəyirsə və prezident Tramp Tel-Əvivin uydurmalarına deyil, real məsələlərə diqqət yetirmək istəyirsə, o zaman diplomatiyaya meydan verilməlidir”.

Избранный
73
1
teleqraf.com

2Источники