RU

Trampla Tokayev arasında "əla söhbət" –ABŞ LİDERİ QAZAXISTANA SƏFƏR EDƏCƏK?

Amerika Prezidenti Donald Tramp Qazaxıstana səfər edə biləcəyini deyib və bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevlə "əla söhbət" etdiyini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Amerika lideri bu barədə Nyu-Yorkda keçirilən ABŞ Açıq Tennis Çempionatının finalına gedəndə Ağ Ev çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

"Mən bunu edə bilərəm", – ABŞ Prezidenti Qazaxıstana səfər edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib. "Onunla əla söhbətim oldu", – Tramp Tokayev barədə danışarkən əlavə edib. "Ona salamlarımı çatdırın. O, əla insandır", – Amerika lideri vurğulayıb.

 

Dövlət başçısı həmkarı ilə söhbətin mahiyyəti barədə ətraflı məlumat verməyib.

Избранный
20
3
senzor.az

7Источники