Bakıda məktəb direktoru işdən çıxarılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Esmira Ağayeva Azad qızı 20 nömrəli məktəb-liseyin direktoru vəzifəsindən azad edilib.
E.Ağayeva bu vəzifəyə 2020-ci ilin avqustunda təyin olunmuşdu.
Qeyd edək ki, Esmira Ağayeva Azad qızı əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.