RU

Qazaxıstan Prezidenti xalqa müraciət edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edəcək.

KONKRET.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat paylaşıb.

Prezidentin çıxışı Bakı vaxtı ilə saat 10:00-da respublika televiziyalarında, eləcə də “Akorda”nın rəsmi sosial media səhifələrində canlı yayımlanacaq.

Tokayevin müraciətində mövcud siyasi durum və iqtisadi vəziyyətlə bağlı mühüm açıqlamalar verəcəyi gözlənilir.

Избранный
8
11
konkret.az

10Источники