RU

Azərbaycan Beynəlxalq Bankına nə olub? - “4 gündür...”

Azərbaycan Beynəlxalq Bankından şikayət var. Sözügedən bankın müştərisi olduğunu deyən “Facebook” istifadəçisi Tuncar Əlizadə 4 gündən çoxdur ki, öz bank hesabına daxil ola bilmədiyini bildirib:

“Azərbaycanda nömrə 1 bank sayılan, hər zaman möhtəşəm xidmətləri ilə seçilən ABB-yə dərin təşəkkürümü bildirmək istərdim. Artıq 4 gündən çoxdur ki, öz hesabıma daxil ola bilmirəm. Bu 4 gün ərzində call center-ə etdiyim saysız zənglərdə sərf etdiyim dəqiqələr halal xoşları olsun. Çünki verdikləri faydalı məsləhətlərdən hələ də yararlanıram”.

Yenisabah.az xəbər verir ki, vətəndaş ABB-nin müştəri müraciətlərinə etinasız yanaşmasından gileylənib: Pepperoni pizza

“Məsələn, ən möhtəşəm məsləhətləri belə idi:

ABB: – Online müraciət etmisiniz?

Mən: – Xeyr, etməmişəm.

ABB: – Mütləq edin, problem həll olunacaq.

Əla, deyilmi? Müraciət edirsən, cavab da anında gəlir. Amma bu möhtəşəmlik o qədər möhtəşəmdir ki, yazını oxuduqdan sonra yenidən ora daxil olub sənə gələn cavabı icra edə bilmirsən. Axırda da deyirlər: Məsləhət ekranı screen edib bizə göndərin”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
63
yenisabah.az

1Источники