RU

45 hərbçi oğurlandı!

Hurriyyet.az xəbər verir ki, Kolumbiya ordusu 45 əsgərinin qaçırıldığını bəyan edib.

Kolumbiya Milli Ordusunun Üçüncü Diviziyasının açıqlamasına görə, Kauka departamentindəki ordu bölməsinə hücumdan sonra 45 nəfər hərbi qulluqçu əsir düşüb.

Hadisə "Persey-2" əməliyyatı zamanı baş verib.

Məlumatda bildirilir ki, "Karlos Patinyo" cinayətkar qrupu ilə əlaqədar olduqları güman edilən 600 nəfərə yaxın şəxs  bazar günü axşam saatlarında San-Xuan-de-Mikay rayonunda ordu bölməsinə hücum edib. X şəbəkəsində verilən açıqlamaya görə, hücumun məqsədinin hədəfi faydalı qazıntıların qanunsuz şəkildə çıxarılması və narkotrafik marşrutları üzərində nəzarət ola bilər.

Hürr Tərcüman

Избранный
85
1
hurriyyet.az

2Источники