"Bayer 04" klubu baş məşqçi axtarışına davam edir.
Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisinin yeni çalışdırıcısı vəzifəsinə əsas namizəd Kasper Hyulmanddır. Mütəxəssis ilə danışıqlar pozitiv nəticələnmək üzrədir.
Anji Postekoqlu ilə görüşlər keçirilsə də, Hyulmandın komandanın yeni baş məşqçisi olması gözlənilir.