RU

Neftçalada İcma Mərkəzində kitabxana yaradıldı -- FOTOLAR

Düzgün təşkil olunmuş mütaliə insanı kamilləşdirir, yeniyetmə və gənclərin bilik və bacarığının artırılmasında, intellektual səviyyəsinin yüksəldilməsində, eyni zamanda azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynayır.

QHT.az xəbər verir ki, Neftçalanın Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən İcma Mərkəzində yaradılan kitabxana yaşından asılı olmayaraq hər bir sakinin istifadə edə biləcəyi məkandır.

Bu haqda Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib. O qeyd edib ki, İcma Mərkəzinin kitabxanasında bədii kitablarla yanaşı test kitablarının da yer alması bu məkana marağın artması və hər kəs üçün əlçatanlığın təmin olunması məqsədi daşıyır. Burda mütaliə və test çalışmaları etmək üçün  şərait yaradılıb.

İctimai Birliyinin sədri bildirib ki, Ümid Yolu Xeyriyyə İctimai Birliyinə dəfələrlə edilmiş müraciətinin nəticəsində kitabxanada rəflərin qurulması və kitablarla təchiz olunasına nail olub. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə kitabxanaya kitablarını təqdim etmək istəyən yazarlara müraciət edib. “Burda kitab müzakirələri və yeniyetmələrlə görüş üçün şərait var”

Избранный
76
qht.az

1Источники