RU

"Çinlə viza rejiminin ləğvi turizmi canlandıracaq" -

“Zəngəzur dəhlizinin işə düşməsindən sonra Orta dəhlizin Azərbaycan ərazisində şaxələndirilməsi yükdaşımaların miqdarının artmasına səbəb olacaq”. Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkilinin açıqlamasına görə, bu, Azərbaycan tərəfindən öz gücü hesabına reallaşdırılmış nəqliyyat şəbəkəsi daha da inkişaf edəcək: “Çin və Azərbaycan arasında qarşılıqlı viza rejiminin aradan qaldırılması turist axınının artmasına gətirib çıxaracaqdır. Biz artıq bu cür turist səfərlərini müşahidə edir və şahidlik edirik. Yaxın beş il ərzində həm Çindən Azərbaycana çox sayda turistin gəlişini, həm də azərbaycanlıların Çinə səfərlərini, yeni iş imkanlarının əldə olunmasını müşahidə edə biləcəyik”. N.Həmzəyev hesab edir ki, qarşılıqlı viza rejiminin ləğv olunması Azərbaycanın turizm sektorunun inkişafına böyük töhfə verəcək. “Çin əhalisinin sayını və xaricə səfər edən turistlərin statistikasını nəzərə aldıqda, həmin turistlərin yalnız kiçik bir faizinin Azərbaycana gəlməsi belə turizmin inkişafına böyük fayda gətirə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
61
metbuat.az

1Источники