RU

Ukraynanın Ali Baş Komandanı açıqladı: İşğaldan azad etdik

BAKI, 8 sentyabr. TELEQRAF

“Avqust ayı ərzində Ukrayna Müdafiə Qüvvələri 58 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib və bir sıra Ukrayna yaşayış məntəqələrini Rusiya işğalından azad edib”.

Teleqraf xəbər verir ki , bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

“Avqust ordumuz üçün böyük sınaqlar ayı oldu, amma sonda çoxsaylı müsbət nəticələr əldə etdik. Əsas səylərimizi düşmənin qarşısını almağa və ona maksimum mümkün itkilər verməyə yönəltmişik. Liman, Dobropilsk və Pokrovsk kimi ən təhlükəli istiqamətlərdə vəziyyəti sabitləşdirməli olduq, eyni vaxtda itirilmiş müdafiəni bərpa etdik”, - Sırski qeyd edib.

Избранный
47
teleqraf.com

1Источники