Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp: “İsraillilər mənim şərtlərimi qəbul etdilər, HƏMAS-ın da onları qəbul etmə vaxtıdır” deyib.Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social platformasındakı hesabında etdiyi paylaşımda, atəşkəs üçün təklif etdiyi şərtləri qəbul etməsi üçün Həmas-a “son bir xəbərdarlıq” etdiyini yazıb.ABŞ prezidenti açıqlamasında "Hər kəs məhbusların evlərinə qayıtmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin! İsraillilər mənim şərtlərimi qəbul etdilər və HƏMAS-ın da onları qəbul etmə vaxtıdır".Atəşkəs təklifini qəbul etməməyin nəticələri barədə Həmas-a xəbərdarlıq etdiyini bildirən Tramp, "Bu mənim son xəbərdarlığımdır, bir daha olmayacaq!"Trampın bəyanatı İsrailin baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Qəzza zolağının hamısını işğal edəcəklərini bəyan etməsindən sonra verilib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.