RU

Niderland şirkəti Azərbaycanda uçot dərəcəsi ilə bağlı proqnozunu verib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 10-da keçiriləcəkiclasda uçot dərəcəsini 7 faiz civarında saxlayacağıgözlənilir.

Trend bu barədəNiderlandın ING şirkətinə istinadən xəbər verir.

Qeyd olunur ki, son iclasdan bəri inflyasiya artımı zəifləyərəkiyul ayının yekunlarına görə illik ifadədə 4,9 faizə düşüb ki, buda ilin sonu üçün müəyyən edilmiş 4±2 faiz hədəf diapazonunauyğundur. Bununla yanaşı, 2025-ci ilin 7 ayı üzrə ÜDM-in cəmi 0,9faiz artımı, iyul ayında isə 2,3 faiz azalması, həmçinin istehsalçıqiymətlərinin artım tempinin zəifləməsi nəzərə alınaraq uçotdərəcəsinin daha da azaldılmasının müzakirə olunması ehtimalı daistisna edilmir.

“Lakin ticarət profisitinin azalması və bank kreditləşməsininartım tempinin maliyyələşməni qabaqlamaqda davam etməsi daha yüksəkreal faiz dərəcələrinin saxlanılmasının zəruriliyinə işarə vurur.AMB-nin şərhlərinin isə, böyük ehtimalla, valyuta bazarındakıaxınlara yönələcəyi gözlənilir”,-deyə məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəHeyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faizbəndi azaldılıb. Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyən edilib.

Bundan əlavə, qərar faktiki inflyasiyanın proqnozlaşdırılaninflyasiya trayektoriyasına uyğunluğu və onun hədəf göstərici (4±2faiz) ilə müqayisəsi, qlobal iqtisadi proseslər, daxilimakroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik,həmçinin pul-kredit siyasəti qərarlarının transmissiya mexanizminəzərə alınaraq qəbul edilib.

Məqalədə:
Избранный
217
az.trend.az

1Источники