RU

Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

Bildirilib ki, həmin şəxs Stavropol diyarında saxlanılıb. 

İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı  kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
4
qafqazinfo.az

6Источники