AzVision.az xəbər verir ki, belə bəyanat səsləndirən İsrailin Müdafiə naziri İsrael Kats HƏMAS-ın üzvlərini girovları azad etməyə və silahları yerə qoymağa çağırıb.
“Əks halda Qəzza dağıdılacaq, siz isə məhv ediləcəksiniz. İsrail ordusu plana uyğun hərəkət edir və Zolaqdakı vəziyyətin həlli üçün əməliyyatı genişləndirməyə hazırlaşır”, - İsrael Kats vurğulayıb.
Bundan əvvəl HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu açıqlayıb.
HƏMAS-ın bəyanatı Donald Trampın “Truth Social” şəbəkəsində münaqişənin həlli ilə bağlı İsrailin onun təklifini qəbul etdiyini və HƏMAS-ı razılaşmağa çağırdığı barədə“bu, son xəbərdarlıqdır” ifadəsini işlətdiyi paylaşımından sonra verilib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта