RU

Alim Qasımovdan 5 milyonluq villası haqda iki fərqli açıqlama: "...mənim villam deyil" - "Ora mənim evimdir, xahiş edirəm, dilə salmayın" (Yenilənib)

Xalq artisti Alim Qasımov şəxsi villasını 5 milyon manata satışa çıxarması ilə bağlı məlumatlara reaksiya verib. 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya danışan sənətkar yayılan informasiyanı təkzib edib.

Xanəndə bildirib ki, bu söhbət tamamilə yalandır: “Hansısa “makler” götürüb ora yerləşdirib. Ev satanın adını niyə yazırlar ora?! Bu söhbət mənlik deyil. Villa dostumuzundur, səhv biliblər”.

***

Maraqlıdır ki, məsələ ilə bağlı "Unikal"ın redaksiyası ilə əlaqə saxlayan A.Qasımov bura fərqli danışıb.

Mia.az-ın məlumatına əsasən. o, həmn sayta bildirib ki, bu işlə qardaşı oğlu Bəhruz məşğul olur: "Ora mənim evimdir. Hərdən gəlib-gedirik. Xahiş edirəm, məni dilə-dişə salmayasınız.

Mənim adımı yox, qardaşım oğlunun adını yazın. Qiymət məsələsi ilə bağlı müzakirələr gedirdi. 3-5 milyon ola bilərdi. Onu da qeyd edim ki, artıq villanı satmıram".

MİA.AZ

Избранный
22
5
mia.az

7Источники