RU

Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşdu – Yaralılar var

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Çağırışa gedən təcili tibbi yardım avtomobili arxadan minik maşınına çırpılıb. Qəza zaman təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim və daha bir nəfər yüngül xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, 7 sentyabr  saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Избранный
56
7
heftelik.az

10Источники