Azərbaycanda məşhur cütlük CƏRİMƏLƏNDİ: Radara bu kadrlar da DÜŞDÜ
Ajans.az xəbər verir ki, avtomobilin sahibi tanınmış musiqiçi – klarnet ifaçısı Hüseyn Məmmədoğlu və aktrisa həyat yoldaşı Aysel İbrahimovadır. Beləliklə, adi bir radar görüntüsü təsadüfən “ailə şəkli”nə çevrilib. Aysel Hüseyn sosial şəbəkədə həmin fotonu paylaşaraq zarafatla belə yazıb: “Bu günə qədər radar çəkən ailə şəkli var? Bunu da gördük.”