BAKI, 8 sentyabr. TELEQRAF
Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsində ( Hökməli-Qobu yolu ) həyətyanı sahələrdən keçən istismar müddətini başa vurmuş mövcud su xətləri dəyişdiriləcək.
Teleqraf xəbər verir ki, su xətlərinin yenilənməsi üçün 1 milyon 144 min 600 manat vəsaitin xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, müvafiq işlərə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi nəzarət edəcək.