Astana, 8 sentyabr, AZƏRTAC
Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq və bu quruma Baş nazirin müavini səviyyəsində mütəxəssis rəhbərlik etməlidir.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələrini modernləşdirmək üçün hökumət süni intellektin kütləvi tətbiqini həyata keçirməlidir.
Qazaxıstan Prezidenti vurğulayıb: “Genişmiqyaslı rəqəmsallaşmaya və süni intellekt texnologiyalarının fəal tətbiqinə əsaslanaraq, biz iqtisadiyyatı modernləşdirməliyik. İlk addım olaraq, Rəqəmsal Məcəllənin qəbulunu sürətləndirməliyik”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana