RU

Zelenski Putinlə görüş üçün şərtini açıqladı

BAKI, 8 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdır.

Teleqraf xəbər verir ki, Ukrayna liderinin bunun üçün şərti mümkün görüşün Rusiyada olmaması ilə bağlıdır.

“Mən ABŞ Prezidenti Donald Trampa dedim: qulaq asın, cənab prezident, mən istənilən görüşə hazıram, amma Rusiyada yox”, – Zelenski bildirib.

Xatırladaq ki, Vladimir Putin bundan əvvəl Volodimir Zelenski ilə Moskvada görüşə biləcəyini açıqlayıb. Ukrayna Prezidenti buna cavab olaraq, onu Kiyevə dəvət edib.

Избранный
64
teleqraf.com

1Источники