RU

Alim Qasımovdan 5 milyonluq villa barədə AÇIQLAMA: Məni dilə-dişə salmayın... - VIDEO

Xalq artisti Alim Qasımov şəxsi villasını 5 milyon manata satışa çıxarması ilə bağlı məlumatlara reaksiya verib.


Məsələ ilə bağlı "Unikal"ın redaksiyası ilə əlaqə saxlayan A.Qasımov bildirib ki, bu işlə qardaşı oğlu Bəhruz məşğul olur:

"Ora mənim evimdir. Hərdən gəlib-gedirik. Xahiş edirəm, məni dilə-dişə salmayasınız.

Mənim adımı yox, qardaşım oğlunun adını yazın. Qiymət məsələsi ilə bağlı müzakirələr gedirdi. 3-5 milyon ola bilərdi. Onu da qeyd edim ki, artıq villanı satmıram".

Избранный
47
5
yenilik.az

7Источники