ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 sentyabr, AZƏRTAC
Almaniyanın Hessen əyalətində zəncirvari qəza olub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Köln şəhəri istiqamətində qeydə alınan qəza zamanı səkkiz avtomobil toqquşub. Qəza nəticəsində üç nəfər həlak olub, magistral yol hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hadisənin səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.