ain.az, Avtosfer saytına istinadən bildirir.
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 7-də gecə saatlarında Xudat şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, “VAZ-2107” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ötmə və manevr qaydalarının pozulması olub. Nəticədə “VAZ”a çırpılan “Mercedes” səkiyə çıxıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşlar cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.