RU

Böyük Qayıdış: Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 8-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülür.

Избранный
92
2
yeniazerbaycan.com

8Источники