Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında sentyabrın 5-də iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.
Bu barədə Missiya.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, iclasdan sonra "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı" və digər sənədlər imzalanıb.
Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.