RU

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) Oktyabrın 27-dən etibarən birbaşa Maleyə (Maldiv adalarına) uçuşlarını bərpa edir.

Marja xəbər verir ki, uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Biletləri aviaşirkətin rəsmi saytından və ya mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.

27 oktyabr üçün Ekonom sinif biletin qiyməti bir tərəf üçün 666 manatdan, Biznes sinif biletin qiyməti isə 2204 manatdan başlayır. 

AzərbaycanHavaYolları AZAL Maldivadalarıuçuşları birbaşauçuş Oktyabr27 həftədə3dəfə bazarertəsi cüməaxşamı şənbə aviaşirkətsaytı mobiltətbiq Ekonomsinifbilet Biznessinifbilet biletqiymətləri bronetmə turizm beynəlxalquçuşlar
Избранный
18
2
marja.az

3Источники