AzVision.az xəbər verir ki, Ermənistan mediasında belə məlumat yayılıb. Halbuki, bundan əvvəl Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan İranın “IRNA” agentliyinə müsahibəsində “3+3” formatında növbəti görüşün İrəvanda və ya Bakıda baş tuta biləcəyini açıqlamışdı.
“Ermənistan hələ 2024-cü ildə İstanbulda bəyan etdiyi kimi “3+3” formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır. Azərbaycan da oxşar bəyanatla çıxış edib”, - erməni diplomat deyib.
İndi isə Ermənistan XİN görüşün vaxtının və yerinin müəyyənləşdirilməsi üçün müzakirələrin aparılmalı olduğunu bildirir.
Daha əvəvl isə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin üçüncü görüşünün hazırlandığını və Moskvanın növbəti iki görüşün Bakıda və İrəvanda keçirilməsinin tərəfdarı olduğunu söyləyib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта