Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının sənaye sahəsinəverilmiş biznes kredit portfeli 2,615 milyard manat təşkiledib.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 72,6 milyonmanat və ya 2,7%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 77,6 milyonmanat 2,9% azalıb.
Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş bizneskreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 2,688 miyard manat,ötən ilin avqustun 1-nə isə 2,693 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycandabankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı bizneskreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyardmanatı isə ipoteka kreditləri təşkil edib.