RU

Qazaxıstan Prezidenti birpalatalı parlamentə keçməyi təklif edib

Astana, 8 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə birpalatalı parlament yaradılmasını təklif edib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə o, Qazaxıstan xalqına müraciəti zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş sektorunda, ekspert dairələrində və hazırkı parlamentdə hərtərəfli müzakirə obyekti olmalıdır.

Qazaxıstan dövlətinin başçısı qeyd edib: “Hesab edirəm ki, islahatların fövqəladə xarakterini nəzərə alaraq, müzakirələr ən azı bir il çəkəcək, ondan sonra, 2027-ci ildə ümumxalq səsverməsi keçirilə, daha sonra isə Konstitusiyaya lazımi dəyişikliklər edilə bilər. Mən dəfələrlə demişəm ki, dövlət üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələlər yalnız xalqın razılığı ilə həll olunacaq. Əgər hamımız birpalatalı parlamentin yaradılması ilə bağlı qərara gəlsək, onda zənnimcə, belə bir parlamenti yalnız partiya siyahıları əsasında seçmək lazımdır”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
23
4
azertag.az

5Источники