RU

Moskva: "Finlandiya Rusiyaya hücuma hazırlaşır"

Hurriyyet.az xəbər verir ki, Rusiya Finlandiyanı hücuma hazırlaşmaqda ittiham edib.

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra müdafiə tədbirləri adı altında faktiki olaraq, Rusiya ilə müharibəyə hazırlaşır. Onun sözlərinə görə, Helsinki "hücum üçün müharibə meydanı hazırlayır".

TASS informasiya agentliyinə məqalə yazan Medvedev qeyd edib ki, NATO Finlandiyanın əməliyyat mühitlərinin beşini də - quru, dəniz, hava, kosmos və kiber sahələrini fəal şəkildə mənimsəyir.

Medvedev yazıb: "Helsinki NATO-ya daxil olduqdan sonra müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlığın qarşıdurma kursunu həyata keçirir, görünür, bizə hücum üçün meydan hazırlayır".

Onun sözlərinə görə, Rusiyanın Finlandiyadan təzminat tələblərini təqdim etmək üçün bütün əsasları var.

Medvedev yazıb: “1947-ci il Müqaviləsinə daxil edilmiş 300 milyon dollar təzminatdan 226,5 milyon dolları faktiki olaraq ödənildi. Bu, Rusiyanın bugünkü nəsillər tərəfindən qiymətləndirilməyən xoşməramlı jesti idi.

Bu vəsaitlər Finlandiyanın bizə vurduğu zərəri tam ödəmir. Kareliyanın Ali Məhkəməsi həmin məbləği 20 trilyon rubl dəyərində qiymətləndirib. Bizim "ipso jure" etmək üçün hər cür əsasımız var. Xüsusən də Finlandiyada silah cingiltisi dəstəklənən şişirdilmiş anti-Rusiya militarist isterikası fonunda”.

Ukraynada müharibə başlayandan bəri ilk dəfədir ki, yüksək rütbəli bir rusiyalı məmur Qərb ölkəsini hərbi hücum hazırlamaqda birbaşa ittiham edir.

Hürr Tərcüman

 

Избранный
8
hurriyyet.az

1Источники