"Santuş 4,5 milyonluq bir təzminat istəyirsə, demək ki, artıq bu məbləği AFFA ilə razılaşdırıb. Amma bu gözlənilən idi. Çünki deyilirdi ki, onun illik qazancı milyon yarımdır”.
Bunu News24.az-a açıqlamasında tanınmış telejurnalist və idman aparıcısı Ceyhun Rzayev bildirib. Onun sözlərinə görə, Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi gətirilməsi ən başından yanlış addım idi:
"Santuşun gəlməsi bizə heç nə verməyəcəkdi. Nə olsun ki, Avropa çempionudur? O, həmin uğuru 2016-cı ildə qazanıb. İndi isə Santuşun əlinin altında 2016-cı ildəki futbolçular yoxdur. Mən mətbuat konfransında da demişdim ki, özünüzə hörmət edin. İstefa ilə göndərilməlidir ki, təzminat alsın? Bu, düzgün deyil. Ən azından insanın özünə hörməti olmalıdır”, – deyə telejurnalist vurğulayıb.
Ceyhun Rzayev əlavə edib ki, Ayxan Abbasovun milliyə müvəqqəti təyin olunması doğru addımdır:
"Başqa bir baş məşqçi tapılana qədər millini o çalışdıracaq. Amma ümumiyyətlə, milliyə kənardan kimisə gətirmək düzgün deyil. Bizim öz yerli futbolçularımız və baş məşqçilərimiz var, seçim onlardan edilməlidir”.
Aqil Qarayev