Yerusəlimdə iki nəfər avtobus dayanacağında insanlara atəş açıb.
“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, hadisə Ramot bölgəsində qeydə alınıb.
İnsident nəticəsində 6 nəfər həlak olub, daha 6 nəfər isə ağır yaralanıb.
Qəzet yazır ki, atəş açanlar zərərsizləşdirilib.
İlkin məlumata görə, silahlı şəxslər avtobusa daxil olub və sərnişinlərə atəş açmağa başlayıblar.
"Cebheinfo.az"