RU

“İki dövlət” həlli israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı əsas olaraq qalır – Elçin Əmirbəyov

7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov "I24 News" televiziya kanalının fransız redaksiyasına müsahibə verib.

Day.Az xəbər verir ki, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.

E.Əmirbəyov bildirib ki, "İki dövlət" həlli bir çox beynəlxalq aktorlar kimi bizim də gözümüzdə israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq qalır:

"Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir, lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır. Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir", - deyə o qeyd edib.

Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.

Избранный
35
3
day.az

4Источники