RU

Zolağına yerləşməyən “Land Rover” sürücüsü yol boyu təhlükə saçdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Sulutəpə dairəsi yaxınlığında qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də saat 13:35 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-UR-778 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükə qarşısında qalan sürücü siqnal verərək ona xəbərdarlıq edib. Lakin qayda pozan sürücü sürətini artıraraq yol boyu iki zolağın ortasıyla gedib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
avtosfer.az

1Источники