RU

“Bu yalançı və qatili dayandırmaq vaxtıdır” Respublikaçı senator Trampa çağırış etdi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Respublikaçılar Partiyasından senator Tom Tillis sentyabrın 7-də bildirib ki, ABŞ Rusiyanın “qeyri-legitim Prezidenti” Vladimir Putinə qarşı kəskin və radikal addımlar atmalıdır.

Senator qeyd edib ki, Kreml rəhbərinin ABŞ Prezidenti Donald Tramp ilə şəxsi görüşü sülh yolu ilə nizamlama gətirməyib, əksinə, amansız müharibənin nümayişkəranə davamına səbəb olub.

Senator açıqlamasında vurğulayıb: “Tramp üç həftə əvvəl Putinlə görüşüb. Bundan sonra Putin öz həmkarı avtoritar liderlərlə görüşərək ABŞ-yə qarşı məxfi razılaşmalar bağlayıb. Daha sonra Moskvaya qayıdaraq Ukraynada qeyri-qanuni işğalın başlanmasından bəri ən böyük hava zərbəsini təsdiqləyib. Bu yalançı və qatili dayandırmaq vaxtıdır”.

Senator Tillis, 15 avqustda Alyaskada baş tutan və Tramp tərəfindən “səmimi” adlandırılan görüşə də toxunub. O, qeyd edib ki, qeyri-legitim Rusiya Prezidenti üçün qırmızı xalça sərilmişdi. Görüş üç saat davam edib və əsasən Ukraynadakı müharibə məsələlərinə yönəlib, lakin sülh razılaşması əldə olunmayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
azpolitika.info

1Источники