RU

Rezidenturaya elektron qeydiyyat prosesinin tarixi açıqlandı

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start verilir.

Missiya.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər portal.edu.az saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Избранный
21
25
missiya.az

10Источники