RU

ABŞ-da sorğu: Əhalinin 56 faizi Trampın fəaliyyətindən narazıdır

CBS News və YouGov araşdırma şirkəti tərəfindən keçirilən sorğuda iştirakçılardan Trampın fəaliyyəti, iqtisadi və immiqrasiya siyasətləri, tariflər, milli təhlükəsizlik və beynəlxalq məsələlərlə bağlı fikirləri soruşulub.

Sitat.info xəbər verir ki, iştirakçıların 67 faizi Trampın səlahiyyətlərini genişləndirdiyinə inanır, 56 faizi isə onun prezidentlik fəaliyyətini mənfi qiymətləndirir.

54 faiz respondent Trampın immiqrasiyaya yanaşmasına qarşıdır. Rusiya-Ukrayna müharibəsində 27 faiz Trampın səylərinin “sülhü təmin edəcəyinə”, 43 faiz isə münaqişənin davam edəcəyinə inanır.

Bundan başqa, 58 faiz respondent Tramp tərəfindən  Milli Qvardiyanın şəhərlərə göndərilməsini bəyənmir.

İqtisadiyyat və inflyasiya ilə bağlı narahatlıqlar önə çıxıb...

İştirakçıların 64 faizi Trampın inflyasiya ilə mübarizə siyasətini bəyənmədiyini bildirib. 50 faiz Trampın dövründə şəxsi maliyyə vəziyyətlərinin daha da pisləşdiyini bildirib. Tramp administrasiyasının tarifləri ilə bağlı əhalinin 71 faizi bunun qısa müddətdə qiymətləri artıracağını düşünür.

Nigar,

Sitat.info

 

Избранный
22
sitat.info

1Источники