RU

San-Marinoda uğurlu çıxış (FOTO)

Bakı. Trend:

5-7 sentyabr tarixlərində San-Marino şəhərində bədii gimnastikaüzrə beynəlxalq turnir keçirilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasıməlumat yayıb.

Bildirilib ki, yarışda ölkəmizi böyüklər yaş kateqoriyası üzrəİlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaşkateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsilediblər. Gimnastlarımız uğurla çıxış edərək ümumilikdə 7 medalqazanıblar.

Birinci final günündə çoxnövçülük proqramında Azadə Atakişiyeva(93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) bürünc medal əldəediblər.

İkinci final günündə isə gimnastlarımız bizə 5 medal sevinciyaşadıblar. Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal)proqramlarında qızıl medal qazanıb. Azadə Atakişiyeva gürzlərlə(25.000 xal) proqramda qızıl, halqa (24.167 xal) proqramında isəgümüş medal əldə edib. Gövhər İbrahimova isə gürzlərlə (25.567 xal)proqramda bürünc medalın sahibi olub.

San-Marinoda
San-Marinoda
San-Marinoda
San-Marinoda
San-Marinoda
San-Marinoda
San-Marinoda
San-Marinoda
Məqalədə:
Избранный
55
9
az.trend.az

10Источники