"Bayer" klubunun yeni baş məşqçisi məlum olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Almaniya mətbuatının məlumatına görə bu posta əsas namizəd Kasper Yulmanndır.
Yulmann 1 ildir işsizdir. O, son olaraq Danimarka yığmasını çalışdırıb.
Qeyd edək ki, "Bayer" ötən həftə Erik ten Haqla yollarını ayırmışdı.